Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Yunanıstanda keçirilən beynəlxalq turizm sərgisində diasporumuz təmsil olunub

Yunanıstanda keçirilən beynəlxalq turizm sərgisində diasporumuz təmsil olunub
REKLAM ALANI
29.11.2022
A+
A-

 

 

 

Yunanıstanda keçirilən beynəlxalq turizm sərgisində diasporumuz təmsil olunub

2022
Yunanıstanda keçirilən beynəlxalq turizm sərgisində diasporumuz təmsil olunub

Yunanıstanın Saloniki şəhərində keçirilən “37-ci Philoexenia” adlı beynəlxalq turizm sərgisində ölkəmizi “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

Cəmiyyətin və Azərbaycan Evinin təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini, turizm potensialını əks etdirən kitablar, broşürlər, suvenirlər, milli geyimlər, musiqi alətləri, Azərbaycan məhsulları və milli mətbəx nümunələri təqdim olunub, ölkəmiz barədə videoçarx nümayiş etdirilib.

Azərbaycan guşəsinə maraq göstərən rəsmilərə, diplomatlara və ziyarətçilərə ölkəmiz barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Saloniki Azərbaycan Evi rəhbərliyinin yerli və xarici turizm şirkətlərinin təmsilçiləri ilə görüşləri keçirilib. Azərbaycana səfərə dair tur-paketlərin hazırlanması və turların təşkil edilməsi məqsədilə ilkin razılıq əldə olunub və bu məqsədlə Azərbaycandakı bir sıra turizm şirkətləri ilə birbaşa əlaqələr yaradılıb.

Qeyd edək ki, “Helexpo” şirkətinin təşkil etdiyi sərgidə 18 ölkədən 335 kommersiya şirkəti alıcı qismində iştirak ediblər. Sərgiyə qatılanların əksəriyyətini iş adamları və müxtəlif şirkətlərin nümayəndələri təşkil edir.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/yunanistanda-kecirilen-beynelxalq-turizm-sergisinde-diasporumuz-temsil-olunub-1979

 

 

REKLAM ALANI