Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşünə dair mətbuat məlumatı

Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
08.03.2024
A+
A-

No:105/24, Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşünə dair mətbuat məlumatı

7 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb.

 

 

 

 

 

 

Görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

 

İki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

 

Nazir Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, qardaş Türkiyənin diplomatik uğurları və diplomatik təmsilçiliklərinin sayına görə dünyada 3-cü yerə yüksəlməsi ilə fəxr etdiyini bildirib. Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində qərarın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyi diqqətə çatdırılıb.

 

Habelə, beynəlxalq və regional təhdidlər, miqrasiya problemi və digər istiqamətlərdə ikitərfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb.

 

Azərbaycanın əsas xarici siyasət prioritetlərindən olan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd olunub.

 

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.

 

Nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no10524

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.