Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Vilnüsdə Azərbaycan icması ilə görüş keçirilib

Vilnüsdə Azərbaycan icması ilə görüş keçirilib
REKLAM ALANI
10.02.2023
A+
A-

 

 

 

Vilnüsdə Azərbaycan icması ilə görüş keçirilib

, 2023
Vilnüsdə Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Baltikyanı ölkələrə səfər çərçivəsində Vülnüs şəhərində Azərbaycan icmasının fəalları ilə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev 2018-2022-ci illər üzrə qurumun fəaliyyət istiqamətlərini əhatə edən geniş hesabatla çıxış edib. Hazırkı vacib mərhələdə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyinə, bu istiqamətdə diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsinin önəminə diqqəti cəlb edib.

Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev çıxışında bildirib ki, diplomatik missiyamız bundan sonra da Azərbaycan həqiqətlərinin Litva ictimaiyyətinə çatdırılması, ölkəmizin mədəniyyətinin və tarixinin təbliği istiqamətində diaspor üzvlərinə yardımını əsirgəməyəcək.

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi Nərmin Əliyeva görülən işlər barədə ətraflı məlumat verib.

Tədbir iştirakçıları Litva üzrə koordinatorluğun fəaliyyətini müsbət qiymətləndirib.

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, görüşdə Litvanın Vilnüs, Kaunas, Panevejs şəhərlərində yaşayan soydaşlarımız, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/vilnusde-azerbaycan-icmasi-ile-gorus-kecirilib-2353

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.