Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Şimali Karolina ştatındakı icmamız BMT-ni Azərbaycanın sülh səylərini dərk etməyə çağırıb

Şimali Karolina ştatındakı icmamız BMT-ni Azərbaycanın sülh səylərini dərk etməyə çağırıb
REKLAM ALANI
25.08.2023
A+
A-

 

 

 

 

 

Şimali Karolina ştatındakı icmamız BMT-ni Azərbaycanın sülh səylərini dərk etməyə çağırıb

, 2023

 

 

 

ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dərk olunması və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

 

 

 

 

Şimali Karolina ştatındakı icmamız BMT-ni Azərbaycanın sülh səylərini dərk etməyə çağırıb
ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dərk olunması və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Azərbaycan Dostluq Təşkilatı adından Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli amerikalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

 

 

 

 

2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığına, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək 300-dən çox günahsız Azərbaycan mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olduğuna və yaralandığına diqqət cəlb edilib.

Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquq normlarına uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu bir daha diqqətə çatdırılıb.

 

 

 

 

Azərbaycan Dostluq Təşkilatı bu kritik və önəmli mərhələdə beynəlxalq ictimaiyyəti erməni yalanlarına inanmamağa, işğaldan azad edilmiş Qarabağda irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə bölgəyə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/simali-karolina-statindaki-icmamiz-bmt-ni-azerbaycanin-sulh-seylerini-derk-etmeye-cagirib-3383

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.