Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Serbiya paytaxtında “Azərbaycan – Odlar Yurdu” adlı tədbir təşkil edilib

Serbiya paytaxtında “Azərbaycan – Odlar Yurdu” adlı tədbir təşkil edilib
REKLAM ALANI
28.04.2023
A+
A-

 

 

 

Serbiya paytaxtında “Azərbaycan – Odlar Yurdu” adlı tədbir təşkil edilib
, 2023
Serbiya paytaxtında “Azərbaycan – Odlar Yurdu” adlı tədbir təşkil edilib
Belqrad şəhərindəki “Madlena” incəsənət sarayında “Azərbaycan – Odlar Yurdu” adlı Azərbaycan Mədəniyyət Günləri keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə baş tutan tədbir Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunub.

Tədbirdə Serbiyanın rəsmi şəxsləri, diplomatik korpusun nümayəndələri, Belqrad Univerisetinin Filologiya fakultəsinin rəhbərliyi, müəllim-tələbə heyəti, mədəniyyət və incəsənət xadimləri, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan diasporunun və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev iki ölkə arasında mədəni sahədə əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırıb.

Konsert proqramında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri, əməkdar artist Viktoriya Şahmuradova və 44 günlük Vətən müharibəsi qazisi Firdovsi Eyvazovun ifasında milli rəqslərimiz nümayiş etdirilib. Serbiya Opera və Balet Teatrının solisti, Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yasmina Trumbetaşın ifasında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Qızıl üzük” mahnısını səsləndirilib. Rəqslə müşayiət olunan “Sarı gəlin” “Şuşanın dağları” və “Can Qarabağ” mahnıları tamaşaçıların alqışları ilə qarşılanıb.

 

 

 

 

Tədbir çərçivəsində Şuşanın füsunkar təbiəti, tarixi və memarlıq abidələrini əks etdirən fotosərgi, Azərbaycan xalçaları (“Azərxalça” ASC-nin istehsalı), “Qarabağ” milli geyim kolleksiyası (müəllifi dizayner-modelyer Gülnarə Xəlilova), Bakı və Abşeron yarımadasını təsvir edən rəsm əsərləri (müəllifi rəssam Yevgeniya Türkoğlu), milli nağıl qəhrəmanlarımızın obrazlarından ibarət əl işləri (müəllifi Diana İsayeva), qurama üzrə əl işləri (müəllifi Leyla Xasıyeva) təqdim olunub.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/serbiya-paytaxtinda-azerbaycan-odlar-yurdu-adli-tedbir-teskil-edilib-2847

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.