Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Parisin “İnsan muzeyi”ndəki sərgidə Ağdam məscidinə diqqət cəlb edilib

Parisin “İnsan muzeyi”ndəki sərgidə Ağdam məscidinə diqqət cəlb edilib
REKLAM ALANI
16.05.2023
A+
A-

 

 

 

Parisin “İnsan muzeyi”ndəki sərgidə Ağdam məscidinə diqqət cəlb edilib
, 2023

Parisin “İnsan muzeyi”ndəki sərgidə Ağdam məscidinə diqqət cəlb edilib

Fransanın paytaxtı Parisdə yerləşən “İnsan muzeyi”ndə (Musee de l’homme) “Plantu-Reza: Fərqli baxışlar” sərgisinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, yerli ictimaiyyətin tanınmış nümayəndələri, incəsənət xadimləri, media mənsubları və sənətsevərlər iştirak ediblər.

Sərgidə “Plantu” ləqəbli rəssam Jan Planturö və Azərbaycan əsilli məşhur fotoqraf Reza Deqatinin fərqli baxışlarını əks etdirən rəsm və fotolar nümayiş olunur. Bu, monoxrom karikaturalardan və təsirli fotoşəkillərdən ibarət hibrid əsərlərin kəsişdiyi sərgidir. Müəlliflər planetimizdəki sarsıntıların əsl müşahidəçiləri və ifadə azadlığının müdafiəçiləri olaraq bu sərgi vasitəsilə təcrübələrini və dünyaya baxışlarını birlikdə təqdim ediblər.

Mətbuat karikaturaçısı Plantu və fotojurnalist Reza ilk dəfə 2011-ci ildə Kann şəhərində keçirilmiş “Mətbuat karikaturalarının beynəlxalq görüşü”ndə rastlaşıblar.

Müharibə dəhşətlərini, repressiyaları, senzuranı görmüş bu iki şəxsdən biri işgəncələrlə üzləşib, həbs və sürgün həyatı yaşayıb, digəri isə ölüm təhdidləri və hücumlara məruz qalıb.

 

 

 

Sərgidə Reza Deqatinin Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının nəticəsini əks etdirən foto – Ağdam məscidinin fotosu da nümayiş olunur. Bu fotonun haqqında belə məlumat yerləşdirilib: “Ağdamda məscid zamanın və insanların basqınlarına tab gətirən yeganə tikilidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu 30 il müddətdə bu məkan vandalizmə məruz qalmış, məscid mal və donuz tövləsi kimi istifadə edilmişdir. Hər tərəfdə və hər yerdə vurulmuş yaraları sağaltmaq və sülh üçün daha çox çalışmaq qalır. Bu dinc məkan tarixə şahidlik edir. Azərbaycan, 2020”.

Pantu bildirib ki, dostu Rezanın sayəsində Azərbaycanda Qarabağ münaqişəsi ilə daha dərindən tanış ola bilib.

“Plantu-Reza: Fərqli baxışlar” sərgisi cari ilin dekabrın 31-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında iştirak edib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/parisin-insan-muzeyi-ndeki-sergide-agdam-mescidine-diqqet-celb-edilib-2956

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.