Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
REKLAM ALANI
09.11.2023
A+
A-

 

 

 

 

 

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

, 2023

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

 

 

 

ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində Amerika Azərbaycanlıları Koordinasiya Şurasının (AAKŞ) toplantısı keçirilib.

 

 

 

 

Toplantıda ABŞ-ın 9 ştatından 15 təşkilatın 22 nümayəndəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dakı səfirliyinin və BMT yanındakı daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

 

 

 

 

Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan toplantıda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 

 

Toplantı iştirakçılarını salamlayan Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin qurumun fəaliyyəti barədə geniş hesabatla çıxış edib. Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, Koordinasiya Şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri və Diaspor Gənclərinin Yay düşərgələri kimi layihələri nəzərə çatdırıb.

Sonra xalqımızın böyük Zəfərini əks etdirən videoçarx nümayiş etdirilib.

Amerika Azərbaycanlıları Koordinasiya Şurasının “Alliance of Azerbaijani Organizations” adı ilə ABŞ-da rəsmi qeydiyyatdan keçdikdən sonra baş tutan ilk toplantısı fəal müzakirələrlə davam etdirilib.

Tədbirdə çıxış edənlər ABŞ-da Azərbaycan diasporunun fəaliyyəti və AAKŞ-nın 2023-cü il ərzində fəaliyyətindən, qarşıdakı plan və perspektivlərdən danışıblar.

 

 

 

 

Daha sonra AAKŞ-a yeni 5 üzv-təşkilat qəbul edilib. Beləliklə, AAKŞ-a üzv-təşkilatların sayı 18-ə çatıb.

Toplantının sonunda AAKŞ-ın strukturuna səsvermə yolu ilə seçkilər keçirilib. AAKŞ İdarə Heyətinin, Məşvərət Şurasının üzvləri və prezident seçilib. Qarşıda duran məsələlərin həlli məqsədilə İşçi Qrup da yaradılıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/nyu-yorkda-amerika-azerbaycanlilari-koordinasiya-surasinin-toplantisi-kecirilib-3764

 

 

 

REKLAM ALANI