Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib

Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib
REKLAM ALANI
02.09.2023
A+
A-

 

 

 

 

 

 

Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib

 

, 2023

Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib

 

 

 

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icmasının fəal üzvləri Haaqa Ədalət Sarayının önündə dinc aksiyası keçirib.

 

 

 

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkəmizə qarşı 30 il ərzində qəsbkar və təcavüzkar siyasət yürütmüş Ermənistanın dünya ictimaiyyətini yenidən siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək və Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törətmək cəhdlərinə etiraz məqsədilə gerçəkləşdirilib.

 

 

 

 

Aksiya zamanı Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb, musiqiçilərimizin ifasında ölkəmizin Qarabağ bölgəsinə həsr olunmuş muğam parçalaları və mahnılar səsləndirilib.

 

 

 

 

Niderland ictimaiyyətinin diqqəti “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Ermənistan, hücumu dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermənistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlara cəlb edilib.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər.

 

Aksiya icma üzvlərinin birlikdə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirməsi ilə yekunlaşıb.

 

 

 

 

Qeyd edək ki, aksiya zamanı Haaqa sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətlərini əks etdirən bukletlər paylanılıb. Bukletlərdə Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələrini təhvil verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/niderlanddaki-icmamiz-haaqa-seherinde-ermenistanin-herbi-ve-ekoloji-texribatlarina-etiraz-edib-3417

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.