Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Nazir Ceyhun Bayramovun Birləşmiş Millətlər Təşkilatının (BMT) Ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru Taffere Tesfaçiu ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Birləşmiş Millətlər Təşkilatının (BMT) Ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru Taffere Tesfaçiu ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
06.03.2023
A+
A-

 

 

 

No:126/23, Nazir Ceyhun Bayramovun Birləşmiş Millətlər Təşkilatının (BMT) Ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru Taffere Tesfaçiu ilə görüşünə dair mətbuat məlumatı

5 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru Taffere Tesfaçiu ilə görüşüb.

 

Görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji yardımların rolu, o cümlədən bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov, Azərbaycanın humanitar yardımların göstərilməsi, o cümlədən ən az inkişaf etmiş ölkələrin inkişafına yardım istiqamətində həyata keçirdiyi layihələr, təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Bu xüsusda, ən az inkişaf etmiş ölkələrdə insan kapitalının inkişafına hədəflənən inkişafa yardım layihələrinin prioritet əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif, o cümlədən təhsil, səhiyyə, infrastruktur, idarəetmə sahələrində beynəlxalq yardım proqramlarını həyata keçirdiyini diqqətə çatdırıb.

 

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən göstərilən səylər və Ermənistan tərəfinin təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

Direktor Taffere Tesfaçu, BMT-nin Ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının fəaliyyəti və prioritetləri barədə məlumat verərək, Bankın əsas məqsədinin dünyanın az inkişaf etmiş ölkələrinə texnoloji yardımların edilməsi ilə onların iqtisadi, sosial inkişafına dəstək göstərmək olduğunu bildirib. Azərbaycanın bu istiqamətdə beynəlxalq yardım siyasətinin təqdirəlayiq olduğunu bildirən Taffere Tesfaçu, bu xüsusda qlobal səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

 

kaynak:https://mfa.gov.az/az/news/no12623

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.