Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Litvadakı icmamız BMT-nin Cenevrədəki mənzil-qərargahına müraciət edib

Litvadakı icmamız BMT-nin Cenevrədəki mənzil-qərargahına müraciət edib
REKLAM ALANI
29.08.2023
A+
A-

 

 

 

Litvadakı icmamız BMT-nin Cenevrədəki mənzil-qərargahına müraciət edib

2023

 

 

 

 

Litvadakı icmamız BMT-nin Cenevrədəki mənzil-qərargahına müraciət edib

 

 

 

Litvada fəaliyyət göstərən “Günəş” Azərbaycanlılar Assosiasiyası ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

 

 

 

 

Assosiasiya adından Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli litvalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

 

 

 

Bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığı diqqətə çatdırılıb.

 

 

 

 

Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində indiyədək 300-dən çox günahsız Azərbaycan mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olması və yaralanması, Ermənistan tərəfinin dəqiq mina xəritələrini Bakıya verməməsinin kobud qanun pozuntusu olması, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışması, Xankəndi-Laçın yolunun açıq olması kimi faktlar bir daha yada salınıb.

“Günəş” Azərbaycanlılar Assosiasiyası bu kritik və önəmli mərhələdə beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/litvadaki-icmamiz-bmt-nin-cenevredeki-menzil-qerargahina-muraciet-edib-3406

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.