Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Komitə sədri Türkiyənin Yaponiyadakı Səfirliyində, Sasakava Sülh Fondunda və Yunus Emre İnstitutunun Tokio nümayəndəliyində olub

Komitə sədri Türkiyənin Yaponiyadakı Səfirliyində, Sasakava Sülh Fondunda və Yunus Emre İnstitutunun Tokio nümayəndəliyində olub
REKLAM ALANI
13.06.2024
A+
A-

Komitə sədri Türkiyənin Yaponiyadakı Səfirliyində, Sasakava Sülh Fondunda və Yunus Emre İnstitutunun Tokio nümayəndəliyində olub

13 iyun, 2024

 

 

 

Komitə sədri Türkiyənin Yaponiyadakı Səfirliyində, Sasakava Sülh Fondunda və Yunus Emre İnstitutunun Tokio nümayəndəliyində olub
Yaponiyada səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin bu ölkədəki səfiri Korkut Güngen ilə görüşüb.

Qonağı səmimi salamlayan səfir Yaponiyadakı türk icmasının üzvlərinin sayının ildən-ilə artdığını bildirib.

Görüşdə komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr və Yaponiyadakı Azərbaycan icması barədə məlumat verən sədr bir çox sahələrdə olduğu kimi, diaspor və lobbiçilik sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığının “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun davam etdirildiyini bildirib. Xarici ölkələrdə Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyətindən məmnunluq ifadə olunub.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri Xəlil Kələntər də iştirak edib.

Növbəti görüş Yunus Emre İnstitutunun Tokio nümayəndəliyində keçirilib. Nümayəndəliyin rəhbəri Hüseyn Umit Tuna həyata keçirdikləri layihələr barədə məlumat verib, Yaponiyadakı Azərbaycan icması ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətindən söz açan sədr bütün dünyada Azərbaycan icmasının türk icması ilə sıx əməkdaşlıq etdiyini, Vətən müharibəsi dövründə bunun uğurlu nəticələr verdiyini vurğulayıb, komitənin nəşrlərini Yunus Emre İnstitutunun Tokio nümayəndəliyinə hədiyyə edib. Görüşdə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, professor Xəlil Kələntər də iştirak edib.

 

 

 

 

Komitə sədri Sasakava Sülh Fondunun sədri cənab Yohei Sasakava ilə də görüşüb. Qonağı səmimi salamlayan Yohei Sasakava dünyada sülhün vacibliyindən söz açıb, fondun fəaliyyətindən və münaqişələrdən əziyyət çəkən insanlara göstərdiyi yardımlardan bəhs edib.

Görüşdə komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verən sədr xaricdə yaşayan azərbaycanlıların yerli cəmiyyətlərə inteqrasiyası məqsədilə görülən işləri nəzərə çatdırıb. Multikultural və tolerant cəmiyyətə malik Azərbaycanın uzun illər Ermənistanın təcavüzündən əziyyət çəkdiyi, Azərbaycan Ordusunun 30 illik işğala Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində son qoyduğu vurğulanıb.

Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-turkiyenin-yaponiyadaki-sefirliyinde-sasakava-sulh-fondunda-ve-yunus-emre-institutunun-tokio-numayendeliyinde-olub-4857

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.