Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib

Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib
REKLAM ALANI
19.10.2023
A+
A-

 

 

 

Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib

, 2023

 

 

Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov daxili təhlükəsizlik və inzibati hüquq üzrə tanınmış fransalı hüquqşünas-araşdırmaçı Kristian Valları qəbul edib.

 

 

Qonağı salamlayan Komitə sədri dövlətimizin diaspor siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, Azərbaycanın Qarabağ bölgəsində apardığı son antiterror tədbirlərinə gətirib çıxaran səbəblər, erməni əhalisinə və mülki infrastruktura heç bir zərər yetirilmədiyi və təzyiq göstərilmədiyi faktlarının Xankəndiyə və ətrafına səfər etmiş BMT missiyası tərəfindən təsdiqləndiyi, erməni əhalisinin Qarabağ bölgəsində yaşaması üçün Azərbaycan dövlətinin təklif etdiyi reinteqrasiya şərtləri barədə ətraflı danışıb. Eyni zamanda Azərbaycan ictimaiyyətinin və xaricdə yaşayan soydaşlarımızın beynəlxalq hüquq çərçivəsində həll olunmuş Qarabağ məsələsi ilə bağlı Fransanın ölkəmizə qarşı tutduğu qərəzli mövqedən təəssüfləndiyi diqqətə çatdırılıb.

 

 

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Kristian Vallar paytaxt Bakıdakı görüşləri, Füzuliyə səfəri və Azərbaycan icmasının Fransada fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Azərbaycana səfərinin baş tutmasına görə təşkilatçılara minnətdarlığını bildirib.

 

 

 

Görüşdə “Paris Azərbaycan Evi”nin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da iştirak edib.

Qeyd edək ki, tanınmış ekspert ictimai hüquq üzrə bakalavr və magistr dərəcələrini Nitsa Universitetində tamamlayıb. O, İnzibati, Konstitusiya, Maliyyə və Fiskal Hüquq üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzini (CERDACFF) təsis edib. İndiyədək Nitsa Sophiya Antipolis Universitetində, Savoya Universitetində, Cote d’Azur Universitetində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Nitsa Universitetinin Hüquq fakültəsi və Rumıniyanın Pitesti Universiteti ilə əməkdaşlıq proqramının meneceri kimi fəaliyyətini davam etdirir. Azərbaycan Elmlər Akademiyasının fəxri doktoru və fəxri professoru adına, Azərbaycan Dillər Universitetinin ekspert qiymətləndiricisi statusuna layiq görülüb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-fransali-huquqsunas-arasdirmacini-qebul-edib-3694

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.