Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib

İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib
REKLAM ALANI
30.01.2023
A+
A-

 

 

 

İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib

30 yanvar, 2023
İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib

İcmamız ABŞ-ın Hyuston şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına və Ermənistanın ekoloji terror siyasətinə etiraz əlaməti olaraq dinc aksiya keçirib.

Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Hyuston şəhər meriyası önündə baş tutan aksiyada Azərbaycan icmasının Texas ştatında yaşayan fəalları iştirak ediblər. Aksiya Laçın-Xankəndi yolunda fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəallara və vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək məqsədilə təşkil olunub.

Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Erməni terrorizmi”, “Ermənistan terrorçularını dayandırın!”, “Azərbaycanın təbii sərvətlərinin talanmasına son!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib.

Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yummayacağına, Qarabağ iqtisadi rayonunda törədilən ekoloji terrorun artıq qlobal problemə çevrildiyinə diqqət cəlb edilib.

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər barədə ətraflı məlumat verilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/icmamiz-hyuston-seher-meriyasi-onunde-ekoterrora-etiraz-edib-2294

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.