Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Gürcüstanda məlumatlandırma kampaniyası keçirilib

Gürcüstanda məlumatlandırma kampaniyası keçirilib
REKLAM ALANI
21.04.2024
A+
A-

Gürcüstanda məlumatlandırma kampaniyası keçirilib
, 2024
Gürcüstanda məlumatlandırma kampaniyası keçirilib

 

 

 

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Tea Axvledianin iştirakı ilə Dmanisi və Kvemo Kartli bölgəsində məlumatlandırma kampaniyası keçirilib.

Nazir bu bölgələrdən bir araya gəlmiş ictimaiyyət nümayəndələrinə çoxkomponentli kampaniya barədə məlumat verib. Bildirilib ki, aprelin 16-da başlayan və mayın 22-dək davam edəcək kampaniyanın məqsədi gürcü vətəndaşı olan etnik azlıqları cari dövlət proqramları və xidmətlər, eləcə də digər aktual məsələlər barədə məlumatlandırmaqdan ibarətdir.

Görüşdə çıxış edən Dmanisi rayonunda fəaliyyət göstərən “Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi”nin rəhbəri Kamran Xıdırov və birliyin gürcü dili müəllimi Maya Xmaladze Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində gürcü dilinin tədrisinə xüsusi yer verildiyini bildiriblər. Son üç il ərzində ali məktəblərə qəbul olan azərbaycanlıların sayının artdığı, həmçinin bu layihələrin yerli etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynadığı nazirin nəzərinə çatdırılıb.

Nazir bildirib ki, bu ildən azərbaycanlılar üçün ali təhsil müəssisələrində dövlət hesabına ödənişsiz yerlərin sayının 100-dən 200-ə çatdırılıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Kvemo Kartli bölgəsindən başlanan məlumatlandırma kampaniyası çərçivəsində müvafiq nazirliklərin yüksək ixtisaslı nümayəndələrinin rayonun 70-ə yaxın kəndinin sakinləri ilə görüş keçirəcəyi planlaşdırılır.

Kampaniya çərçivəsində vətəndaşlar təhsil, dövlət dilinin öyrədilməsi, səhiyyə, kənd təsərrüfatı, sosial yardım və qrantlar, dövlət proqramları və xidmətləri, ödənişsiz hüquqi yardım və dövlət tərəfindən təyin olunmuş dəstək tədbirləri haqqında məlumat almaq imkanı əldə edəcəklər.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/gurcustanda-melumatlandirma-kampaniyasi-kecirilib-4565

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.