Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Ankaradakı Heydər Əliyev adına məktəbdə ümummilli liderin 101 illiyi qeyd olunub

Ankaradakı Heydər Əliyev adına məktəbdə ümummilli liderin 101 illiyi qeyd olunub
REKLAM ALANI
13.05.2024
A+
A-

Ankaradakı Heydər Əliyev adına məktəbdə ümummilli liderin 101 illiyi qeyd olunub

, 2024

Ankaradakı Heydər Əliyev adına məktəbdə ümummilli liderin 101 illiyi qeyd olunub

 

 

 

 

 

Ankaradakı Heydər Əliyev adına məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bayram proqramı təşkil olunub.

Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev çıxışında görkəmli dövlət xadiminin Azərbaycan dövlətçiliyinin xilas edilməsində və möhkəmləndirilməsində rolundan söz açıb. O, ümidvar olduğunu bildirib ki, Azərbaycan və Türkiyənin gənc nəsli Heydər Əliyevin irsini hərtərəfli öyrənəcək, öz ölkələrinin çiçəklənməsinə layiqli töhfə verəcək.

Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova qeyd edib ki, müasir Azərbaycanın bütün nailiyyətləri ayrılmaz şəkildə Heydər Əliyev şəxsiyyətinə bağlıdır. “Ümummilli lider Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün əlindən gələni edib, respublikanın gələcək uğurlarının əsasını qoyub. Heydər Əliyev Türkiyə ilə əlaqələrə xüsusi önəm verirdi. O, Türkiyəni ürəkdən sevirdi və qardaş ölkə ilə hərtərəfli əlaqələrin inkişafına çalışırdı”, – deyə N.Nəsibova bildirib.

Məktəbin müdiri Oktay Kabasakalın sözlərinə görə, əlamətdar haldır ki, Türkiyənin bir çox şəhərlərində Heydər Əliyev parkları fəaliyyət göstərir, ümummilli liderin abidələri ucaldılıb.

Tədbirin bədii hissəsində milli geyimli məktəblilər iki qardaş ölkənin rəqslərini ifa ediblər. Məktəbin binasında Heydər Əliyev irsi mövzusunda rəsm müsabiqəsinin qaliblərinin rəsm əsərləri nümayiş olunub, ümummilli liderə həsr olunmuş fotostend təşkil edilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Adil Hüseynov, şöbə müdirinin müavini Kənan Məmmədov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbərinin müşaviri Pərviz Məmmədzadə, məktəbin müəllim-şagird kollektivi, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ankara şəhərinə səfər çərçivəsində mayın 10-da Dövlət Komitəsinin və ADDF-nin əməkdaşları ölkəmizin Ankaradakı səfirliyi, iki qardaş ölkənin parlamentlərarası dostluq qruplarının rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ankaradakı Heydər Əliyev parkını ziyarət edərək, ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ankaradaki-heyder-eliyev-adina-mektebde-umummilli-liderin-101-illiyi-qeyd-olunub-4670

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.