Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Ulyanovskda Novruz bayramı qeyd edilib

Ulyanovskda Novruz bayramı qeyd edilib
REKLAM ALANI
31.03.2023
A+
A-

 

 

 

Ulyanovskda Novruz bayramı qeyd edilib
, 2023
Ulyanovskda Novruz bayramı qeyd edilib
Rusiyanın Ulyanovsk şəhərində yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

“Ulyanovsk regional Azərbaycan milli-mədəni muxtariyyəti”nin təşkilatçılığı ilə “Qubernator” Mədəniyyət Sarayında baş tutan bayram şənliyində yerli hakimiyyət orqanlarının rəsmiləri, Azərbaycan, özbək, türkmən, qırğız, qazax və digər millətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ulyanovsk vilayətinin qubernator müavini Aleksandr Korob və başqa qonaqlar ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən Novruz bayramı münasibətilə şənlik iştirakçılarını təbrik edib, xoş arzularını bildiriblər.

 

 

 

 

 

“Ulyanovsk regional Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri, Ulyanovsk vilayəti qubernatorunun müşaviri İslam Hüseynov regionda millətlərarası işlərə verdiyi dəstəyə görə qubernator Aleksey Russkixə minnətdarlığını bildirib. Uzun illik əməkdaşlığa və konsertin təşkilində yardıma görə “Qubernator” Mədəniyyət Sarayının direktoru Vladimir Melniçenkoya təşəkkürnamə təqdim edib.

“Novruz bayramı min illər boyu Asiya və Qafqaz xalqları tərəfindən qeyd olunur. Son illərdə isə Ulyanovskda geniş miqyasda keçirilir. Novruz yeniləşmədir, həyatın sevincidir, dünyanı yaxşılığa doğru dəyişmək arzusudur. Ona görə də bu gün hər kəsi bahar və yeni həyat münasibətilə təbrik edirəm”, – deyə İslam Hüseynov söyləyib.

İki saatlıq bayram konsertində Ulyanovskda yaşayan bütün millətlərin yaradıcılıq kollektivləri çıxış edib.

Tədbir çərçivəsində baharın və bərəkətin rəmzi olan “Səməni”nin hazırlanması üzrə ustad dərsi nümayiş etdirilib, millətlərarası mətbəxin təamları təqdim olunub. “Xalqlar kitabların vasitəsilə dostdurlar” sərgisi və “Novruza doğru” rəsm ekspozisiyası tamaşaçıların böyük marağına səbəb olub.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/ulyanovskda-novruz-bayrami-qeyd-edilib-2706

 

 

 

 

REKLAM ALANI