Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Tbilisidə “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” kitabı gürcü dilində çap olunub

Tbilisidə “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” kitabı gürcü dilində çap olunub
REKLAM ALANI
13.12.2022
A+
A-

 

 

 

 

Tbilisidə “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” kitabı gürcü dilində çap olunub

2022

Tbilisidə “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” kitabı gürcü dilində çap olunub
Tbilisinin “Universal” nəşriyyatında “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” monoqrafiyası gürcü dilində çap olunub.

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, BDU-nun “Faydalı qazıntılar” kafedrasının pro­­­­fes­soru olmuş geologiya-mineralogiya elmləri doktoru Cəbrayıl Əb­­­­­dü­ləli oğlu Azadəliyevin (1935-2022) müəllifi olduğu kitabda mürəkkəb geoloji quruluşu və zəngin yeraltı sərvətləri ilə olan Dağlıq Qarabağın geoloji-tektonik mövqeyi, struktur-formasion zonalar üzrə antiklinorilərin, sinklinorilərin, köndələn çökəklərin, qalxıntıların quruluşu tədqiq olunub.

Monoqrafiyada Kiçik Qafqaz regionunun Azərbaycan Respublikası hissəsində (Naxçıvan Respublikası istisna olunmaqla) yerləşən faydalı qazıntı yataqları, onların geologiyası, genezisi ilə yanaşı, faydalı qazıntı kütləsinin ehtiyatı haqqında məlumatlar öz əksini tapıb. Kitabı nəzəri və təcrübi əhəmiyyət kəsb edən elmi əsərdir.

Qeyd edək ki, Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Qərbi Azərbaycanın Qafan rayonunun Mahmudlu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Geoloji çəkiliş və faydalı qazıntı yataqlarının axtarışı” şöbəsini bitirib. 1959-cu ilin iyun ayından akademik Mirəli Qaşqayın şəxsi təşəbbüsü ilə Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutu) təyinat alıb, 1961-ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi kimi fəaliyyət göstərib. 1986-cı ildən Metasomatizm və filizəmələgəlmə şöbəsinə rəhbərlik edib. 300-dən çox elmi əsərin, o cümlə­dən 5 mo­noqrafiya, dərs­lik və dərs və­sa­it­lərinin, eləcə də bakalavr və magistrlər üçün təd­ris proqram­la­rı­nın müəllifi­ olub. O, “Azər­bay­­ca­nın geologi­ya­sı” çoxcild­iyinin (rus di­lində) VI cildinin (2003, 2005) redak­si­ya he­­yə­ti­nin üzvü, “Azərbaycanın geo­lo­gi­ya­sı”nın III cil­din­də (2015) “Bərk fay­dalı qa­zın­tı­lar” böl­mə­si­nin müəllif­i­ olub. Səmərəli elmi və ictimai fəallığı ilə seçilən alim “Tərəqqi” medalı və AMEA-nın fəxri fərmanları ilə təltif olunub.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/tbiliside-dagliq-qarabagin-geologiyasi-ve-faydali-qazintilari-kitabi-gurcu-dilinde-cap-olunub-2047

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.