Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Qroznı və Rostovda Heydər Əliyevin xatirəsi yad edilib

Qroznı və Rostovda Heydər Əliyevin xatirəsi yad edilib
REKLAM ALANI
16.05.2023
A+
A-

 

 

Qroznı və Rostovda Heydər Əliyevin xatirəsi yad edilib
, 2023
Qroznı və Rostovda Heydər Əliyevin xatirəsi yad edilib
Rusiya Federasiyasının müxtəlif respublikalarında və şəhərlərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər davam edir.

Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində xalqımızın ümummilli liderinin abidəsi ziyarət olunub. Qroznı azərbaycanlıları milli-mədəni muxtariyyətinin,“Evimiz Qroznı şəhəridir” ictimai təşkilatının və Çeçenistan Respublikası Milli Siyasət, Xarici Əlaqələr, Mətbuat və İnformasiya Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xalqımızın dahi şəxsiyyətinin əziz xatirəsi xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Rostov vilayətində yaşayan soydaşlarımız Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Taqanroq şəhərinin alman faşistlərdən azad edilməsində qəhrəmanlıqla həlak olmuş əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

 

 

 

Rostov regional mədəni-maarif ictimai təşkilatı “Birlik” Don Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə bildirilib ki, bu abidənin ucaldılmasında Azərbaycan rəhbərinin böyük rolu olub. 1973-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə qəhrəman Azərbaycan əsgərlərinin şərəfinə Rostov vilayətinin Sambek kəndi yaxınlığındakı ən hündür ərazidə Şöhrət Memorialının yaradılması qərara alınıb. Rostov memarlarının daxil olduğu müəlliflər qrupuna Bakıdan əməkdar incəsənət xadimi, heykəltəraş Elcan Şamilov rəhbərlik edib.

Soydaşlarımız qeyd ediblər ki, xalqımızın milli-mənəvi dəyərlərinə, vətənimizin igid övladlarına böyük diqqət və həssaslıqla yanaşan unudulmaz şəxsiyyət Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/qrozni-ve-rostovda-heyder-eliyevin-xatiresi-yad-edilib-2946

 

 

REKLAM ALANI