Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub
REKLAM ALANI
24.02.2024
A+
A-

 

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub

, 2024

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” poemasının təqdimatı olub

Daşkənd şəhərində yerləşən tarixi “Turan” Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri və azərbaycanlı mərhum şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” poemasının təqdimat mərasimi keçirilib.Tədbir Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi və bu qurumun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub.

 

 

 

 

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkəmizin və Türkiyənin bu ölkədəki səfirliklərinin diplomatları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, müxtəlif universitetlərin professor-müəllim heyəti, tələbələr və jurnalistlər iştirak edib.

İştirakçılar əvvəlcə Xocalı faciəsi, eləcə də Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub.

Səfir Hüseyn Quliyev çıxışında 32 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı, Ermənistanın etnik təmizləmə siyasəti barədə məlumat verib və bu cinayəti törədənlərin hələ də cəzasız qaldığını bildirib.

Alim və tərcüməçi Babaxan Şərif çıxışında Xocalı soyqırımını Türk dünyasının ən böyük faciələrindən biri kimi dəyərləndirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov insanlığa qara ləkə olan Xocalı faciəsi haqqında danışarkən onun Xatın, Holokost, Ruanda, Srebrenitsa kimi soyqırımlardan fərqlənmədiyini bildirib. O, mərhum Azərbaycan şairi Oqtay İsmayıllının Xocalı faciəsinə həsr olunmuş “Mələklərin soyqırımı” poemasının Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunduğunu və poemanın “Ulu mədəniyyət beşiyi̇ – Azərbaycan” Xocalıya aparan yol”, “Azərbaycanlı ananın tərbiyəsi̇”, “Erməni̇ ananın tərbiyəsi̇”, “Qiyamətin başlanğıcı”, “Quzğun yığnağı”, “Cənnətdə görüşəri̇k”, “Məhşər”, “Xocalı alov i̇çi̇ndə”, “Babəki̇n ikinci̇ edamı”, “Zənci̇rlənmi̇ş uşaq”, “Xocalı səmasında ruhların söhbəti̇” və digər bölmələrində soyqırımın dəhşətli səhnələrinin təsvir olunduğunu bildirib.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri, habelə Bakı Slavyan Universitetinin Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində təcrübə keçən tələbələrinin ifasında Xocalı faciəsi ilə bağlı bədii kompozisiyalar təqdim edilib.

 

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ozbekistanda-xocali-soyqirimina-hesr-olunmus-meleklerin-soyqirimi-poemasinin-teqdimati-olub-4245

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.