Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Nazir Ceyhun Bayramovun Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
08.09.2023
A+
A-

 

 

 

No:465/23, Nazir Ceyhun Bayramovun Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

6 sentyabr 2023-cü il tarixində nazir Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq səviyyəsindəki əlaqələrdən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

 

 

 

 

Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, altetnativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.

 

Görüşdə həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.

 

 

 

Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no46523

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.