Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Litva Prezidenti diaspor təşkilatının rəhbərinə “Litvanın Gücü” mükafatını təqdim edib

Litva Prezidenti diaspor təşkilatının rəhbərinə “Litvanın Gücü” mükafatını təqdim edib
REKLAM ALANI
13.12.2023
A+
A-

 

 

 

Litva Prezidenti diaspor təşkilatının rəhbərinə “Litvanın Gücü” mükafatını təqdim edib

2023

Litva Prezidenti diaspor təşkilatının rəhbərinə “Litvanın Gücü” mükafatını təqdim edib

 

 

 

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru, Litvanın Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) sədri Nərmin Əliyevanın “Litva deyin!” (“Speak Lithuania”) layihəsi “Litvanın Gücü” mükafatına layiq görülüb.

 

 

 

“Litvanın gücü” (“Lietuvos Galia”) vətəndaş təşəbbüsünün təşkilatçılığı ilə baş tutan mükafatın təqdimolunma mərasimində Litva prezidenti Gitanas Nauseda və birinci xanım Diana Nausedene iştirak ediblər. Bu layihə Litva, ABŞ, Böyük Britaniya, İrlandiya, Yeni Zelandiya, İspaniya, Almaniya və Norveçdə fəaliyyət göstərən 400-ə yaxın təşkilatı və cəmiyyəti öz sıralarında birləşdirir.

 

 

 

Dövlət başçısı bildirib ki, hər dəfə “Litvanın Gücü” təşəbbüslərinin siyahısını açanda, onların müxtəlifliyinə heyran qalır. “Çətinliklərdən qorxmayan, ideya təklif edən və həmfikirləri birləşdirən insanların ruhlandırıcı hekayələrini görürəm. Mən bunu qısa təsvirlərdən deyil, birinci əldən bilirəm – Diana və komanda üzvləri ilə birlikdə iki il ərzində 50-dən çox təşəbbüslə tanış olmuşuq. Sizin təşəbbüsləriniz Litvanı gücləndirir – hamımızı gücləndirir”, – deyə o söyləyib.

 

 

 

Mərasim zamanı builki müsabiqənin qalibləri olan 20 təşkilat və icmaya, o cümlədən Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru, AYOL rəhbəri Nərmin Əliyevaya mükafatlar təqdim olunub.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu münasibətlə Nərmin Əliyevanı və onun rəhbərlik etdiyi AYOL-u səmimi-qəlbdən təbrik edir, ölkəmizin adına nüfuz gətirən layihələrlə davamlı uğurlar qazanmağı arzulayır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/litva-prezidenti-diaspor-teskilatinin-rehberine-litvanin-gucu-mukafatini-teqdim-edib-3931

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.