Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

İsraildə Azərbaycana həsr olunmuş tədbir keçirilib

İsraildə Azərbaycana həsr olunmuş tədbir keçirilib
REKLAM ALANI
21.02.2023
A+
A-

 

 

 

İsraildə Azərbaycana həsr olunmuş tədbir keçirilib
21 fevral, 2023
İsraildə Azərbaycana həsr olunmuş tədbir keçirilib

“İsrail Akademiya Monitor” təşkilatı bu ölkənin Even Yehuda şəhərində Azərbaycana həsr olunmuş tədbir keçirib.

50-yə yaxın qonağın iştirak etdiyi və Azərbaycan multikulturalizmini əks etdirən fotosərginin nümayiş etdirildiyi tədbirdə çıxış edən “Kanal 24”-ün rəhbəri, jurnalist Səadət Şükürova İsrailov öləkəmizdə heç zaman antisemitizm təzahürləri ilə qarşılaşmadığını vurğulayıb: “Qeyd etmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan yəhudilərin rahat yaşadığı və küçədə sərbəst gəzə bildiyi yeganə ölkədir. Ümumiyyətlə, Azərbaycanda hər bir milli icma özünü azad və müstəqil hiss edir. Azərbaycanlılar mehriban, qonaqpərvər və insanpərvər xalqdır. Azərbaycanda milli azlıqların hüuqları qorunduğu üçün onlar öz dillərini, mədəniyyətlərini və dinlərini mühafizə edə bilirlər”.

“İsrail Akademia Monitor” təşkilatının baş direktoru Dana Barnett öz çıxışında Azərbaycanın multikulturalizm modelinin tarixinin 1918-ci ilə, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu vaxta təsadüf etdiyini diqqətə çatdırıb: “Bu respublika əvvəldən dünyəviliyə sadiq idi və millətə anlayışına münasibətdə inklüziv yanaşmanın tərəfdarı idi. Buna azərbaycançılıq deyirlər. Respublika Sovet İttifaqının tərkibinə daxil olsa da, Azərbaycan xalqı 1990-cı illərdə müstəqillik əldə etdikdən sonra öz köklərinə qayıda bildi”. Dana Barnett Prezident İlham Əliyevin dövründə sözügedən Azərbaycan təcrübəsinə “multikulturalizm” ifadəsinin daxil edildiyini diqqət önünə çəkib. O, dünyada bir çox yəhudinin üzləşdiyi antisemitizmin antidotu kimi multikulturalizmin Azərbaycan modelini təbliğ etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, siyasi şərhçi və jurnalist Reyçel Avraham tədbir iştirakçılarını Xocalı soyqırımı barədə məlumatlandırmaqla yanaşı, Azərbaycan və yəhudi xalqlarının məruz qaldıqları tarixi ədalətsizliklər arasında analogiyalar aparıb.

 

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/israilde-azerbaycana-hesr-olunmus-tedbir-kecirilib-2413

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.