Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini medalla təltif olunub

Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini medalla təltif olunub
REKLAM ALANI
07.08.2024
A+
A-

Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini medalla təltif olunub

2024

 

https://x.com/DiasporaAz/status/1820817438490910932

 

Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini medalla təltif olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Niderland Krallığının Rotterdam şəhərində yaşayan, Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini, rəssam Rasim Hüseynovu qəbul edib.

 

https://x.com/DiasporaAz/status/1820817438490910932

Qonağı salamlayan Komitə sədri Niderlandda yaşayan soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun özünəməxsus yeri olduğunu vurğulayıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu qeyd edib.

Fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını ifadə edən Rasim Hüseynov Niderlanddakı soydaşlarımızın ölkəmizdə gedən prosesləri yaxından izlədiyini, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiyini bildirib. Qonaq, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun fəaliyyətinin daha mütəşəkkil təmin olunması naminə səylərini davam etdirəcəyini söyləyib.

 

https://x.com/DiasporaAz/status/1820817438490910932

Görüşün sonunda Rasim Hüseynova Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Qeyd edək ki, Rasim Hüseynov Avropada keçirilən rəsm sərgiləri ilə Azərbaycan mədəniyyətini təbliğ edir. 1988-ci ildən bəri əsərləri 100-dən çox beynəlxalq sərgidə yer alıb. Hollandiyanın Amsterdam, Utrext və Haaqa şəhərlərində, eləcə də qonşu Almaniyada 30 müxtəlif sərgidə əsərləri nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/beniluks-azerbaycanlilari-konqresinin-sedr-muavini-medalla-teltif-olunub-4981

 

 

https://x.com/DiasporaAz/status/1820817438490910932

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

REKLAM ALANI