Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Azərbaycanlı rejissorun 20 Yanvar faciəsinə həsr etdiyi film ABŞ-ın “Telly Awards” mükafatını qazanıb

Azərbaycanlı rejissorun 20 Yanvar faciəsinə həsr etdiyi film ABŞ-ın “Telly Awards” mükafatını qazanıb
REKLAM ALANI
11.01.2024
A+
A-

 

 

Azərbaycanlı rejissorun 20 Yanvar faciəsinə həsr etdiyi film ABŞ-ın “Telly Awards” mükafatını qazanıb
2024

 

 

Azərbaycanlı rejissorun 20 Yanvar faciəsinə həsr etdiyi film ABŞ-ın “Telly Awards” mükafatını qazanıb
ABŞ-da yaşayan Azərbaycan icmasının fəal üzvü, rejissor Azim Sadıxovun müəllifi olduğu “Bloody Carnations” (“Qanlı Qərənfillər”) qısametrajlı sənədli filmi “Telly Awards – 2023” mükafatına layiq görülüb.

 

 

 

1979-cu ildə təsis olunmuş “Telly Awards” mükafatı video və televiziya sahəsində ən yaxşı işlərə görə təqdim edilir.

 

 

 

Azim Sadıxov bildirib ki, 20 Yanvar faciəsinə həsr etdiyi ekran əsəri “Xarıbülbülfilm” prodakşnı tərəfindən müsabiqəyə təqdim edilib. Film “ümumi qeyri-efir” (General Non-Broadcast) kateqoriyası üzrə bürünc heykəlçik qazanıb. Münsiflər heyəti bu filmi ABŞ və 5 fərqli qitədən daxil olmuş 12 000 müraciət arasından seçib: “Bu film vasitəsilə faciəmizdən danışmışıq və onu dostlarımızla bölüşmüşük. Filmin bürünc medal qazanması bizi qürurlandırıb”.

 

 

 

Hazırda Nyu-York şəhərində yaşayan Azim Sadıxov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı qırğının canlı şahidi kimi bütün təhlükələrə baxmayaraq, baş verənləri lentə alan kino və televiziya əməkdaşlarından biri olub. Ötən il qızı Sima ilə birlikdə həmin dövrdə baş verənlər əsasında sənədli film hazırlayıb.

 

 

 

İngilis dilində subtitrlərlə müşayiət olunan filmdə 20 Yanvar qurbanlarının dəhşətli kadrları yer alıb. Faciənin törədilməsi səbəbləri, o zaman Moskvada yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevin ailə üzvləri, o cümlədən indiki Prezident İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbəri Mixail Qorbaçovun müstəqillik istəyən xalqımıza qarşı törətdiyi qanlı cinayətə etiraz səsini ucaltdığı, Bakıda şəhidlərin izdihamlı dəfn mərasimi, qərənfilin o zamandan bəri şəhidliyin rəmzinə çevrildiyi diqqətə çatdırılıb. Direktoru Azim Sadıxov, prodüser-montajoru Sima Sadıxov (qızı) və səs direktoru İbrahim Qurbanovun olduğu filmdə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri aktyor Cəlal Məmmədovun ifasında səsləndirilib. Filmdə Nicat Əliyev, Azim Sadıxov, Maksim Mardouxayev və Adil Abbasovun çəkdikləri videogörüntülərdən istifadə olunub. Müəllif “Qanlı Qərənfillər” sənədli filmini Diasporla İş üzrə Dövlət Komitəsinə hədiyyə edib.

Xatırladaq ki, Azim Sadıxov sənətşünas-alim Nazim Sadıxovun oğlu, tanınmış MMA döyüşçüsü, Azərbaycanın bayraqlarını ABŞ-da qələbə çaldığı bütün yarışlarda dalğalandıran Nazim Sadıxovun atasıdır. Onun bir sıra sənədli filmləri beynəlxalq mükafatlara layiq görülüb. Məşhur azərbaycanlı bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadəyə həsr etdiyi ekran əsəri “Avrora” qızıl mükafatı qazanıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-rejissorun-20-yanvar-faciesine-hesr-etdiyi-film-abs-in-telly-awards-mukafatini-qazanib-4063

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.