Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Amerika Azərbaycan Cəmiyyəti Həmrəylik Gününü qeyd edib

Amerika Azərbaycan Cəmiyyəti Həmrəylik Gününü qeyd edib
REKLAM ALANI
31.12.2022
A+
A-

 

 

 

 

Amerika Azərbaycan Cəmiyyəti Həmrəylik Gününü qeyd edib

2022

Amerika Azərbaycan Cəmiyyəti Həmrəylik Gününü qeyd edib

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyətinin (ASA) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirin moderatorları olan ASA-nın gənc fəalları Tansu Süleymanlı və Rəvan Qasımzadə ABŞ-da öz tarixi vətənlərinə bağlılıq hissi ilə böyüməyin vacibliyindən danışıblar.

Tədbirdə çıxış edən ASA-nın rəhbəri Tomris Azeri bayram münasibətilə soydaşlarımızı təbrik edib. Bildirib ki, Həmrəylik Günü dünya azərbaycanlılarının milli dəyərlərə hörmətini nümayiş etdirir. “Bu, bütün dünya azərbaycanlılarının vahid bayraq – Azərbaycanın qürurlu üçrəngli bayrağı altında toplaşdığı gündür. Bu xüsusi bayram müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və rəsmi şəkildə qeyd olunur”.

XXI əsrdə bu əlamətdar günün əhəmiyyətinin daha da artdığı, hazırda dünya azərbaycanlılarının qalib Azərbaycan dövlətini və xalqını təmsil etdiyi nəzərə çatdırılıb. “Biz təşkilatımızdakı kiçik uşaqlara da çox maraq göstərən, rəhbərlik edən və öyrədən parlaq, istedadlı gənclərimizlə çox fəxr edirik. Amerika Azərbaycan Cəmiyyəti dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıları təbrik edir, Azərbaycana əbədi azadlıq, müstəqillik və firavanlıq arzulayırıq. Hər kəsin yeni ili mübarək olsun!”, – deyə Tomris xanım söyləyib.

Tədbir zamanı soydaşlarımızın kiçik yaşlı övladlarını Santa-Klausun azərbaycanlı versiyası olan Şaxta baba əyləndirib və onlara hədiyyə bəxş edib. Şaxta baba və onun köməkçisi rolunda Nyu-York Universitetinin elmi əməkdaşı İsa Cəfərov və ADA Universitetinin məzunu Suad Muradov çıxış ediblər.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/amerika-azerbaycan-cemiyyeti-hemreylik-gununu-qeyd-edib-2143

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.