Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə telefon danışığına dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə telefon danışığına dair mətbuat məlumatı
REKLAM ALANI
19.04.2023
A+
A-

 

 

 

No:214/23, Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə telefon danışığına dair mətbuat məlumatı

18 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında telefon danışığı baş tutub.

 

Telefon danışığı zamanı, Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov, KƏŞ-in Baş katibi vəzifəsinə təyinatı münasibətilə Casim Əl-Budeyvini təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.

 

Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu münasibətlərin KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə KƏŞ Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu”nun imzalanmasının Azərbaycan və KƏŞ arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda sözügedən Memorandumdan irəli gələn məsələlərin, habelə növbəti addımların müzakirəsi istiqamətində qarşılıqlı təmaslar və dialoqun əhəmiyyətini vurğulayıb.

 

 

 

 

İqtisadi sahədə birgə həyata keçirilən layihələrin perspektivləri, o cümlədən Azərbaycan və KƏŞ arasında keçirilən birgə biznes forumlarının nəticələrinə məmnunluqla istinad edən nazir Ceyhun Bayramov, sərmayələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi isttiqamətində mövcud potensialdan istifadənin zəruri olduğunu diqqətə çatdırıb.

 

Casim Əl-Budeyvi, KƏŞ-ə üzv dövlətlər ilə Azərbaycanı birləşdirən bir çox ortaq dəyərlərin mövcudluğundan məmnunluqla bəhs edərək, bu xüsusda baş katibliyi dönəmində münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

 

Tərəflər qarşıdan gələn Ramazan bayramı münasibətilə bir-birilərinə qarşılıqlı səmimi təbriklərini çatdırıb, bu müqəddəs bayramın bütün İslam dünyasına əmin-amanlıq gətirməsini arzu ediblər.

 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no21423

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.