Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Samsun °C

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
REKLAM ALANI
15.03.2022
A+
A-

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

– Hörmətli cənab nazir və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Sizi görməyə şadıq. Bu vacib mərasimdə iştirak etmək üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Ümidvaram ki, növbəti il biz artıq stansiyanın istismarının başlanğıcını qeyd etmək məqsədilə daha bir mərasim keçirəcəyik. Bu, həqiqətən də böyük və mühüm əhəmiyyət kəsb edən tədbirdir. Çünki bu stansiya Azərbaycanda tikiləcək belə miqyasda olan ilk günəş elektrik stansiyasıdır. Bu stansiya bu sahədə ən aparıcı şirkətlərdən biri tərəfindən inşa ediləcək və çıxışımda qeyd etdiyim kimi, dost ölkədən olan şirkət tərəfindən. Bu, çox vacibdir. Düşünürəm ki, bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır. Əminəm ki, başqa sahələrdə olduğu kimi, bərpaolunan enerji sahəsində də biz bir çox imkanları taparaq kəşf edəcəyik. Əlbəttə ki, biz ticarətdə, siyasi təmaslarda yaxşı nəticələr əldə etmişik və iki ölkənin rəhbərləri arasında münasibətlər çox səmimidir. Əminəm ki, biz bərpaolunan enerji sahəsində uğur qazanacağıq. Dünya enerji bazarında cari vəziyyəti nəzərə alaraq hesab edirəm ki, biz daha geniş mənzərəyə nəzər sala bilərik. Əlbəttə ki, OPEC+ formatında aramızda mükəmməl əməkdaşlıq var. Mən məqsədlərimizə maksimal şəkildə çatmaq üçün potensiala, potensial sərmayələrə və bu sahədə birgə fəaliyyətə daha geniş nəzər salmağı düşünürəm.

Bir daha sizi salamlayıram və sizə Bakıda yaxşı vaxt keçirməyi arzulayıram.

Nazir Suhail Al Mazrouei dedi:

 

-Çox sağ olun, Zati-aliləri. Yenidən Bakıda olmaqdan çox məmnunam. Zati-aliləri, mən hər dəfə gələndə Bakını daha inkişaf etmiş görürəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan həqiqətən də həm turistlər, həm də birbaşa xarici investisiyalar üçün cəlbedici olub. Zati-aliləri, Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkəti olaraq Sizi əmin etmək istərdik ki, bərpaolunan enerji ilə bağlı strategiyanıza dəstək olmağa sadiqik. Biz, həmçinin digər layihələrdə iştirakda maraqlıyıq. Mənim azərbaycanlı həmkarımla müzakirə apardığım kimi, məsələn qaz mövzusu. Bugünkü vəziyyətə nəzər salsaq, mənbələrin şaxələndirilməsi üçün Azərbaycandan Avropaya daha çox qaz nəql oluna bilər. Eləcə də, hidrogen. Qaz kəmərindən istifadə etməklə gələcəkdə hidrogen Azərbaycanın ixrac edə biləcəyi yaşıl enerjinin bir forması ola bilər.

 

kaynak:https://president.az/az/articles/view/55624

 

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.