xalqı – Samsun Ekspress

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Xalqın tarixində şərəfli səhifə ”, ÖZEL
Azərbaycan Millət vəkili Məşhur Məmmədov,

“Xalqın tarixində şərəfli səhifə ”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

Azərbaycan xalqı 20 Yanvar faciəsinin 34-cü ildönümünu qeyd edir. Zaman keçdikcə bir daha aydın olur ki, 20 Yanvar faciəsi öncədən planlaşdırılmış hərbi cinayət idi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmışdı, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bu cəsarətli addımı ilə Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Bununla kifayətlənməyərək Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik göstərən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Hal-hazırda bu məbləğ 600 manat təşkil edir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. 20 Yanvar şəhidlərin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti illərdir davam edir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 Yanvar həm də milli kimliyin formalaşması günüdür. Məhz Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Ülker PİRİYEVA/AZERBAYCAN

Millət vəkili Məşhur Məmmədov, “İnkişaf yolunda..”, ÖZEL
Millət vəkili Məşhur Məmmədov,

“İnkişaf yolunda..”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” Ümummilli lider Heydər Əliyev bu sözləri Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə çıxışı zamanı -21 may 1994-cü ildə demişdir. Zaman keçdikcə Ulu Öndərin çıxışlarının hər kəlməsini analiz etdikcə, onun öncəgörücülüyünə, gələcək üçün dəqiq proqnozvermə qabiliyyətinə valeh olmamaq mümkün deyil.

Zaman keçir, Ulu Öndərin 30 il öncə dediyi sözlər bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçir. Son illərdə cənab İlham Əliyev sözün həqiqi mənasında dünyanın güc dövlətləri ilə böyük siyasət aparır. Peşəkar idarəçilik qabiliyyəti, diplomatik təcrübəsi, arxasında dayanan güclü ordusu və ətrafında birləşən xalqı ilə bütün dünyanın supergüclərinə qarşı arqumentlərlə gələn ölkə başçısı prezident seçilməsinin 20 illiyinin hesabatını xalqa Milli Qürur Günü kimi yaşatdı, növbəti dəfə adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin davamçısına 20 il bundan əvvəl böyük etimad göstərdi. Gedişat sübut edir ki, ötən illər ərzində ölkə başçısı İlham Əliyevə olan etimad daha da artıb. İkinci Qarabağ müharibəsi dayananda Azərbaycan xalqı bilirdi ki, Şuşa kimi Xankəndində də bayrağımızın dalğalanmasına çox az qalıb. Şükürlər olsun, üç il keçməmiş biz Xankəndidəyik. Cənab Prezidentin Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında etdiyi çıxışlar xalq olaraq ürəyimizi qürur hissi ilə doldurub. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir.  Xankəndi qələbəsi əbədi bizimlə olacaq.  Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.

Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda cənab İlham Əliyevin Xankəndidə olması böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciəti zamanı qeyd etdiyi kimi, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılıb. Bizə qarşı soyqırımı törədilib, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət alıb. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq.

Nə yaxşı ki, Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərdi, Ulu Öndər Heydər Əliyevə dəstək verdi, onu prezident vəzifəsinə seçdi. O vaxtdan bu günə qədər ölkə inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.”

Ülker Piriyeva/ Azerbaycan