masalla – Samsun Ekspress

Millət vəkili Məşhur Məmmədov, “Qürur və Şərəf Simvolu – Dövlət Bayrağı Günü”, ÖZEL
Millət vəkili Məşhur Məmmədov,

“Qürur və Şərəf Simvolu – Dövlət Bayrağı Günü”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

1453 Kral Medya – 10 Kasım/ Türkiye

Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün, xalqımızın milli suverenliyini, azadlığını və dövlətçilik ənənələrini simvolizə edən müqəddəs bayrağımıza olan hörmətin təcəssümüdür.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Azərbaycanın üçrəngli bayrağı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmişdir. Mavi rəng – türk mənşəyimizi, qırmızı rəng – müasirlik və demokratik dəyərlərə bağlılığımızı, yaşıl rəng isə – İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bayraqdakı səkkizguşəli ulduz və aypara isə xalqımızın tarixi və mədəni irsinə olan dərin hörməti əks etdirir.

Bayraq Günündən danışarkən, Bayraqdarımız – Ümummilli Lideri Heydər Əliyevin tarixi qərarını bir daha diqqətə çatdırmaq istəyirəm. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.

Ümummilli Lideri Heydər Əliyev çıxışlarından birində dediyi kimi:

“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”.

1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Azərbaycan Respublikasının dövlət bayrağı yenidən öz tarixi mövqeyinə qayıtdı. Bu bayraq yalnız bir simvol deyil, həm də hər bir azərbaycanlının qəlbində vətənə olan sevgi və sadiqliyin ifadəsidir.

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Dövlət Bayrağı Günü, xalqımızın birlik və həmrəyliyini daha da gücləndirir. Bu gün hər bir azərbaycanlı bayrağın ətrafında toplaşaraq, onun altındakı vəhdətimizi bir daha nümayiş etdirir. Xüsusilə Vətən Müharibəsində qazanılan tarixi zəfərdən sonra bayrağımız azad edilən torpaqlarda dalğalanır, bu da xalqımızın əzmini və fədakarlığını əbədi yaşadır.

Dövlət Bayrağı Günü, sadəcə bir bayram deyil, həm də milli qürur və şərəf günüdür. Bayrağımızın altında müstəqilliyimizi, suverenliyimizi və azadlığımızı qeyd etmək hər birimizin borcudur. Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın, müstəqilliyimiz və birliyimiz əbədi olsun!

Sözlərimi Ulu Öndər Heydər Əliyevin hər zaman fəxrlə xatırladığımız sözləri ilə sonlandırmaq istəyirəm:

“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”.

Ülker PİRİYEVA/AZERBAYCAN

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Məqsədlərimiz reallaşır”, ÖZEL
Azərbaycan Millət vəkili Məşhur Məmmədov,

“Məqsədlərimiz reallaşır”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

“Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox zəngindir. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir”.

Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə bu fikri əbəs səsləndirmədi. Artıq bərpaolunan enerji layihələrinin qarşımıza qoyduğu mühüm yolu qət etməyə başlamışıq. 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.

İnsanlar təbiətə çox müdaxilə etdi, nəticədə təbiətdə təhdid yaradan amillər başladı. Qlobal iqlim dəyişikliyi bizdən də yan keçmir. Biz iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.

Belə bir dönəmdə COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Cənab Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi, biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək.  Bununla da bərpaolunan enerjiyə ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.”

Ölkə rəhbəri Cənub Qaz Dəhlizi ilə bağlı da maraqlı anonslar verdi.

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən bu nəhəng layihə enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsində rol oynayacaq. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək.

Nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb, həm də geniş beynəlxalq əməkdaşlıq tələb edən layihə Azərbaycanın mənafeyini qoruyacaq. Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstəriləcək və əlverişli şəraitin yaradılması təmin ediləcək.

Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.

Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.

Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.

Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək.

Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.

Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı həmişə enerji təhlükəsizliyi məsələləri müzakirə edilib. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı iştirakçılar  tərəfindən səsləndirilən çıxışlar deməyə imkan verir ki, Azərbaycanı daha perspektivli layihələr gözləyir.

Bunlar gələcək infrastruktur layihələri, həmçinin bizim üçün vacibdir. Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilib və bu da cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin, kompleks infrastruktur layihələrinin icrasında bacarığının təzahürüdür.

Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir.

Biz bütün maraqlı dairələrlə işləməyə hazırıq və enerji səmərəliliyi ilə bağlı olan təşəbbüslərin icrasına töhfə vermək istəyirik.  Bu, bizim strateji məqsədlərimizdir.”

Ülker PİRİYEVA/AZERBAYCAN

Millət vəkili Məşhur Məmmədov, “İqtisadi strateji hədəflər..”, ÖZEL
Millət vəkili Məşhur Məmmədov,

“İqtisadi strateji hədəflər..”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub. Xüsusi qeyd etmək lazımdır ki, qeyri-neft sektoru da ölkəmizə investisiyalar gətirməyə başlayıb. İnvestisiyanın təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür.

İqtisadiyyatda strateji hədəfimiz qeyri-neft sektorunun inkişafıdır. Azərbaycanda bunun üçün kifayət qədər resurslar var. Qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirmək hazırda bizim iqtisadi hədəfimizdir.

Hazırda Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik.

Son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var.

Əsas daşıma infrastrukturu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri vaxtında istismara verilib.

Növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.

Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib.

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Birgə daha çox layihələrimiz olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.

Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Xatırladım ki, Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik.

Birləşmiş Ərəb Əmirlikləri ilə ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük.

Statistikadan da görmək olur ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.

Neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallıqlar yaradır.

Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.

Milli enerji şəbəkəsini gücləndirməliyik, bu zamanın tələbidir. Müvafiq dövlət proqramı icra olunur və artıq lazımi maliyyə resursları da ayrılıb.

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.

Siyasi iradə və cəmiyyətdəki birlik bütün hədəflərə nail olmaq üçün zəmin yaradır.

Ülker Piriyeva/ Azerbaycan